Dünya Bankı neftin qiyməti ilə bağlı proqnozunu azaldıb

Dünya Bankı (DB) 2025-2026-cı illər üzrə neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.

APA-Economics” xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

DB 2025-ci il üzrə neftin qiymətini 72 ABŞ dolları, 2026-cı il üzrə isə 71 ABŞ dolları proqnozlaşdırıb. Bu isə Bankın ötən ilin iyun proqnozu ilə müqayisədə 7% bəndi və 1% bəndi azdır.

Dünya Bankı həmçinin, qeyri-enerji əmtəə qiymətləri indeksini bu il üzrə 108,5, 2026-cı il üzrə isə 107 olaraq müəyyən edib. Bu isə Bankın əvvəlki proqnozundan müvafiq olaraq 2.4 və 0.4 bənd azdır.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More