Fəxrəddin Altun: BMT-dəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir

“BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir”.

APA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıda keçirilən “Stratcom
Public Forum”una ünvanlandığı videoçıxışda deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da BMT daxilində islahatların aparılmasını dəstəklədiyini və bunu çıxışlarında dəfələrlə qeyd etdiyini xatırladıb:

“Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq biz 20 fərqli ölkədə “Stratcom Public Forum” çərçivəsində təşkil olunan tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq”.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More