Hikmət Hacıyev Fələstin səfirini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyəti başa çatan Fələstin Dövlətinin səfiri Nasser Abdul Kərimi qəbul edib.

APA xəbər verir ki, bu barədə Fələstin səfirliyinin “Facebook” hesabında paylaşım edilib.

Diplomat səmimi qəbula görə Hikmət Hacıyevə təşəkkür edib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, habelə, gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More