Moskvada Heydər Əliyevin abidəsinin təməli qoyulub

Rusiya paytaxtında Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsi qoyulacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, Ulu Öndərin abidəsi Azərbaycanın Rusiyadakı səfirliyinin yanındakı Nizami Gəncəvinin heykəli olan parkda qoyulacaq.

Bu gün həmin parkda Heydər Əliyevin abidəsinin təməli qoyulub. Təməlqoyma mərasimində Moskva meri Sergey Sobyanin, Rusiya baş nazirinin müavini Vitali Savelyev, Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və digər rəsmi şəxslər iştirak ediblər.

Abidənin qoyulmasının təşəbbüskarları Heydər Əliyevin rəhbərliyi ilə işləmiş Baykal-Amur Magistralının (BAM) tikintisinin veteranları olub.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More