Qazaxıstanlı nazir: Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik

Qazaxıstanda böyük boş ərazilər var və bu ərazilərdə xarici universitetlərin filiallarını açmaq üçün dövlətimiz dəstək verməyə hazırdır.

APA xəbər verir ki, bunu Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O qeyd edib ki, Qazaxıstan da Azərbaycanın əməkdaşlıq etdiyi xarici universitetlərlə əməkdaşlıq etmək istəyir.

“Dünən Qazaxıstanın baş naziri də Bakıya səfər etdi, səfər çərçivəsində Azərbaycanın baş naziri ilə görüş keçirib. Azərbaycanın baş naziri Əli Əsədov ttəyyarə qəzasının araşdırılmasındakı köməyə görə, Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenova təşəkkür edib. Bu bir daha göstərir ki, ölkələrimiz arasında münasibətlər yüksək səviyyədədir, biz dost-qardaş ölkələrik. Qazaxıstanda böyük boş ərazilər var və bu ərazilərdə xarici universitetlərin filiallarını açmaq üçün dövlətimiz dəstək verməyə hazırdır. Eyni zamanda, biz Azərbaycanın əməkdaşlıq etdiyi xarici universitetlər, məsələn, İtaliya universitetləri ilə də əməkdaşlıq etmək istəyirik. Xarici universitetlərlə əməkdaşlıq bizim tədqiqat sahəsində inkişaf etməyimizə səbəb olacaq. Qazaxıstanda nadir metallar mövcuddur. Bu sahədə də Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindəyik”, – qazaxıstanlı nazir deyib.

O vurğulayıb ki, Qazaxıstan Azərbaycanla ali təhsil sahəsindəki əməkdaşlığı genişləndirmək niyyətindədir.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More