Tramp Ukraynaya yardımı dayandırır? – Kritik iclas keçiriləcək

ABŞ prezidenti Donald Tramp bazar ertəsi günortadan sonra Ukrayna böhrani ilə bağlı növbəti addımlar, o cümlədən ABŞ-nin hərbi yardımının mümkün dayandırılması ilə bağlı görüş keçirəcək.

Lent.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Axios” potralı məlumat yayıb.

Mənbələr bildiriblər ki, görüşdə Trampla yanaşı, vitse-prezident Devid Vens, dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və digər yüksək vəzifəli məmurların iştirakı gözlənilir.

Xatırladaq ki, Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü xüsusilə Zelenskinin Putinin əvvəlki razılaşmaları pozduğunu və ona etibar edilə bilməyəcəyini deməsindən sonra gərginləşib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More