Son günlər kəskin soyuq hava ilə əlaqədar Xəzər dənizində buz əmələ gəlib və onun üzərində hərəkət edən bəzi suitilər Qazaxıstanın Tupkaraqan rayonundakı Karajanbas yatağına çatıb.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, ekoloqlar suitilərin dənizə qaytarılması üzərində işləyirlər.
“Eko-Lider” könüllülər klubunun rəhbəri Baxıtgül Jaksılıkovanın sözlərinə görə, Xəzər suitisi “Qırmızı kitab”a düşüb və belə hallarda səlahiyyətli orqanlar dəniz heyvanını dərhal təbii yaşadığı mühitə çatdırmalıdırlar.
“Bunun üçün təcili olaraq komissiya tərəfindən sahilə baxış keçirilməli, aşkar edilmiş hər bir suiti üzrə akt tərtib edilməli, foto və videoçəkilişlər aparılmalı, həmçinin xilasetmə işləri aparılmalıdır”, – deyə o bildirib.
Qeyd edilir ki, Bozaşı yatağının ərazisində də suitilərə rast gəlinib.
Comments are closed, but trackbacks and pingbacks are open.