Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan sülhün, rifahın tərəfindədir

“Bir millət, iki dövlət” prinsipinə əsaslanan qardaşlıq münasibətlərində böyük məsafə qət etmişik.

APA-nın Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycanla birgə strateji layihələr həyata keçirilib: “İğdır-Naxçıvan qaz kəməri enerji sahəsində strateji təşəbbüslərimizi tamamlayacaq”.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan sülhün, rifahın tərəfindədir: “Bölgədə ancaq sabitlik, barış və əməkdaşlıq, birgə inkişaf istəyirik. Bu istiqamətdə indiyə qədər bir çox addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra bölgədə rifaha, barışa yönəlik hər cür layihəni birlikdə həyata keçirməkdə qərarlıyıq. Türkiyədə zəlzələ zamanı, ən ağır günlərdə necə can Azərbaycanı yanımızda gördüysək, biz da qardaşlarımızın ehtiyac duyduğu hər anda onların yanında olacağıq”.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More