"Real"dan qələbə, "Arsenal"dan darmadağın

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Lent.az xəbər verir ki, turun ilk matçı Belçikada baş tutub. “Brügge” doğma azarkeşləri önündə “Aston Villa”nı qəbul edib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 4 qola şahidlik edib. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Gecənin digər qarşılaşmalarında isə “Real Madrid” “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

PSV isə doğma azarkeşlər qarşısında “Arsenal”la bacarmayıb. “Topçular” rəqibini 7:1 hesabı ilə darmadağın edib.

UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

4 mart

21:45 “Brügge” (Belçika) – “Aston Villa” (İngiltərə) 1:3

00:00 “Borussiya” (Dortmund, Almaniya) – “Lill” (Fransa) 1:1
00:00 PSV (Niderland) – “Arsenal” (İngiltərə) 1:7
00:00 “Real” (İspaniya) – “Atletiko” (İspaniya) 2:1

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More