“S&P

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici borcu ilə bağlı proqnozunu açıqlayıb.

APA-Economics” bu barədə reytinq agentliyinə istinadən xəbər verir.

“S&P” Azərbaycanın 2025-ci il üçün ümumi xarici borcunu (uzunmüddətli və qısamüddətli) 6,6 mlrd. dollar səviyyəsində proqnozlaşdırıb.

Bildirilib ki, ölkənin uzunmüddətli xarici borcu bu il 1,8 mlrd. dollar, qısamüddətli xarici borcu isə 4,8 mlrd. dollar təşkil edəcək.

Qeyd edilib ki, Azərbaycanın xarici borclanma səviyyəsi çox aşağıdır. 2025-ci il üçün uzunmüddətli xarici borclanma qlobal borclanmanın cəmi 0,3%-ni, ümumi borcun isə 0,2% təşkil edəcək ki, bu da əksər ölkələrlə müqayisədə müsbət göstəricidir.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More