Sumqayıtda qadınlar arasında mübahisə qanla bitib

Sumqayıtda 59 yaşlı qadın qonşu qadın tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.

1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu, 1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More