Tramp: Zelenski danışıqlara hazırdır

ABŞ Prezidenti Donald Ukrayna Prezidenti Volodimir Zelenskidən danışıqlara hazır olduğunu bildirən mesaj aldığını deyib.

Lent.az xəbər verir ki, Tramp bunu Konqresdə çıxışı zamanı açıqlayıb.

Onun sözlərinə görə, Zelenski mesajında ​​bildirib ki, Ukrayna istənilən vaxt resurs sazişi imzalamağa hazırdır.

“Mən Ukrayna Prezidenti Zelenskidən vacib mesaj aldım.

Mesajda deyilir: “Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır. Faydalı qazıntılar və təhlükəsizlik üzrə sazişə gəlincə, Ukrayna sizin üçün əlverişli olan istənilən vaxt onu imzalamağa hazırdır”.

Tramp bildirib ki, Rusiya ilə də ciddi müzakirələr aparıb:

“Biz Eyni zamanda, Rusiya ilə ciddi müzakirələr apardıq və onların sülhə hazır olduqlarına dair güclü siqnallar aldıq. Bu gözəl olmazdımı? Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Müharibələri bitirmək istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, – Tramp vurğulayıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More