Türkiyədə ilk şəhərətrafı qatar istehsal edilib

Türkiyə istehsalı olan ilk şəhərətrafı qatar (elektrik qatarı) ölkənin cənubundakı Qaziantep vilayətinə istismara göndərilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə çərşənbə günü, martın 5-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

O qeyd edib ki, ümumilikdə 32 vaqondan ibarət səkkiz qatarın istehsalı planlaşdırılır. Qatarların maksimal sürəti saatda 90 kilometrdir.

Nazir qeyd edib: “Şəhərətrafı ölkədaxili dəmir yolu qatarları 1000-ə qədər sərnişin daşımaq üçün nəzərdə tutulub və ən son texnologiya ilə təchiz olunub. Bu, Türkiyə dəmir yolu sənayesinin vaqon və lokomotiv idxalından asılılığını azaldacaq və ixracı yaxşılaşdıracaq”.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More