Umico.az-da Birbank kartları ilə ödənişlər indi daha çox qazandırır

Umico.az-da Birbank Umico, Birbank Umico Premium, Birbank Cashback, Birbank Star kartları ilə edilən ödənişlər müştərilər üçün daha sərfəli oldu. Belə ki, Birbank kartları ilə Umico.az-da birdəfəlik ödəniş edən hər kəs indi bütün alış-verişlərində bol-bol keşbek və ya bonus qazanır.

Bunun üçün Birbank mobil tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” adlı kateqoriyanı seçmək kifayətdir. Yalnız birdəfəlik ödənişlərə şamil edilən bu yeniliklə müştərilər hər alış-verişdən 10% və ya 15% bonus qazana biləcəklər. Faizlər müştərilərə fərdi olaraq təyin olunur və bonuslar seçilən kateqoriyanın tələbinə uyğun, keşbek və ya Umico bonusu olaraq hesablanır.

Ətraflı məlumat üçün link: http://www.kbl.az/umctg

Birbank tətbiqində “Umico.az-da alış-veriş: gözəllik, elektronika və.s” bonus kateqoriyasını seçənlər, mart ayı ərzində bayram bazarlıqlarını və ya hədiyyə alış-verişlərini Birbank kartları ilə Umico.az-dan edərək bonuslar toplayırlar. Toplanan bonusları Umico.az-da alış-verişə, geniş tərəfdaş şəbəkəsində və ya Birbank və m10 tətbiqlərində kommunal, mobil və digər ödənişlər üçün istifadə etmək mümkündür. Balansdakı bonusları partnyorlarımızda alış-verişlərə də xərcləmək olar.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More