Zaqatalada ev yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın rayonun Aşağı Tala kəndində 3 otaqdan ibarət evdə qeydə alınıb. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.
Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.