Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bakı metrosunun “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. 

Nasazlıq səbəbilə sərnişinlər qatardan düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

Bunun əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Qurum yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More