Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, İ.Qayıbov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli mansard tipli obyektin mansardında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində çay evi kimi fəaliyyət göstərən ümumi sahəsi 220 kv.m. olan ikimərtəbəli obyektin mansardının yanar konstruksiyaları 110 kv.m. sahədə yanıb.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.