Meksikanın Oaxaka və Puebla şəhərlərinin arasında keçən ay itkin düşən 9 tələbənin cəsədi tapılıb.
Lent.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Dəhşətli qalıqlar Meksikanın Puebla və Oaxaka əyalətlərinin sərhədində, Mexiko şəhərindən 175 mil məsafədə yerləşən San Xose Miahuatlanda tərk edilmiş avtomobilin yük yerində tapılıb. Parçalanmış doqquz cəsədin beşi qana bulanmış brezentin altında, qalan dördü isə baqajda əyilmiş vəziyyətdə tapılıb.
Ehtimal olunur ki, bu, kartel tərəfindən törədilən növbəti vəhşi qətldir. Hadisə yerində hər bir qurbanın kəsilmiş əllərinin çantaya qoyulduğu, aşkar edilib.
Meksika mətbuatının ilkin məlumatına görə, həlak olanlar Oaxaka çimərliklərinə istirahətə gələn Tlaxcala şəhərindən olan tələbələrdir. Bununla belə, Meksikanın “NVI Noticias” nəşrinin hesabatında tələbələrin əslində “Los Zacapoaxtlas” cinayət təşkilatının üzvləri olduğu bildirilib.
Meksikada kartel zorakılığı geniş yayılsa da, Oaxaka özünəməxsus mətbəxi və gözəl çimərlikləri ilə məşhur turizm məkanıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.