Türkiyə Kuboku: 1/4 finalda “Fənərbaxça” “Qalatasaray”la qarşılaşacaq

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, bu raundda İstanbul təmsilçilərindən “Fənərbaxça” “Qalatasaray”la üz-üzə gələcək.

Bir oyundan ibarət olacaq mərhələnin matçları aprelin 1, 2, və 3-də keçiriləcək. Yarımfinal oyunları aprelin 22, 23 və ya 24-də, final oyunu isə mayın 14-də baş tutacaq.

Türkiyə kuboku

1/4 final mərhələsi

“Trabzonspor” – “Bodrum”

“Konyaspor” – “İskenderunspor”

“Beşiktaş” – “Göztepe”

“Fənərbaxça” – “Qalatasaray”

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More