Unibankdan xanımlara xüsusi kampaniya: Kredit 8 %-ə endirildi!

Unibank 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xüsusi kampaniya keçirir. Kampaniya çərçivəsində müxtəlif peşələrdə çalışan xanımlar, cəmi 8 %-dən başlayan kredit üçün müraciət edə biləcəklər. Martın 6-sı və 7-si keçirilən kampaniya müddətində xanımlar 50 000 manatadək krediti illik cəmi 8%-dən başlayaraq, 60 aya qədər müddətə əldə edə biləcəklər.

Kampaniya çərçivəsində “Unibank”dan nağd kredit türmək bu üstünlükləri verir:

– illik 8 %-dən başlayan kredit əldə etmək;

– 50 000 AZN-dək məbləğ;

zamin tələbi yoxdur;

– 60 ayadək ödəniş müddəti;

– tez və rahat rəsmiləşdirmə imkanı;

– müştərinin istəyinə görə kredit həyat sığortası.

Krediti banka gəlmədən sifariş etmək üçün aşağıdakı imkanlar da mövcuddur:

055 457 81 17 vatsap nömrəsinə yazaraq;

-“Kredit” sözünü sms ilə 8117-yə göndərməklə;

Bankın saytından (https://unbk.az/nagdkredit) onlayn sifariş etməklə.

Əgər UCard-ınız varsa, filiala gəlmədən, UBank tətbiqindən saniyələr ərzində, cəmi bir neçə toxunuşla kredit əldə edə bilərsiniz. Hələ də UCard-ınız yoxdursa, sizə yaxın Unibank filialına yaxınlaşaraq, elə yerindəcə, çox rahat şəkildə və pulsuz bu multivalyutalı karta sahib ola bilərsiniz.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More