Azərbaycanla Venesuela arasında konsulluq məsləhətləşmələri aparılıb

6 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Venesuela nümayəndə heyətinə isə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyinin Konsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela Suarez Hernandez rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez iştirak ediblər.

Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində rəqəmsal konsulluq xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, ölkələrimiz arasında miqrasiya, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More