Bakının bəzi ərazilərinin suyu kəsilib – Magistral su xəttində qəza olub

Bakının Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral su xəttində qəza baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyyatları Agentliyindən (ADSEA) bildirilib. 

Məlumata görə, qəzanın aradan qaldırılması işləri zamanı boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb. Bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” qəsəbəsinə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.

Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More