Çilidə güclü zəlzələ baş verdi

Çilinin şimalındakı Antofaqasta bölgəsində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri 309 min nəfər əhalisi olan Antofaqasta şəhərindən 140 km şimal-şərqdə yerləşib.

Episentr 93 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Mənbə: Lent.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More