Trading Economics: Azərbaycan Mərkəzi Bankı bu il uçot dərəcəsini azaldacaq

“Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalı Azərbaycan Mərkəzi Bankının (AMB) uçot faiz dərəcəsi ilə bağlı proqnozuna bəzi dəyişiklər edib.

APA-Economics“ xəbər verir ki, portal yenidən AMB-nin 2025-ci ilin I rübündəki qərarlarında uçot dərəcəsini sabit saxlayacağı, ilin II rübündə isə uçot dərəcəsini 6,75%-ə qədər endiricəyi gözləntisindədir.

Bununla belə, “Trading Economics” qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, III rüb üzrə proqnozunu 6,5%-dən 6,25%-ə endirib, IV rüb üzrə isə 5%-dən 5,5%-ə qədər artırıb. Bu isə müvafiq olaraq əvvəlki proqnozdan 0,25% az və 0,5% çoxdur.

Qeyd edək ki, bundan əvvəl, “Fitch Solutions” şirkəti AMB-nin uçot dəcərəsini 6,75%-ə endirəcəyini proqnozlaşdırıb. Niderlandın maliyyə korporasiyası “ING Group” isə əksinə, hesab edir ki, Mərkəzi Bank uçot dərəcəsini 7,25%-dən 7,50%-ə yüksəldəcək.

Xatırladaq ki, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini 7,25% səviyyəsində sabit saxlayır. Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu il martın 12-də açıqlayacaq.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More