Ağcabədidə zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ”2106, “Mercedes” və “Hyundai” avtomobillər toqquşub. “VAZ -2106”-nın sürücüsü, 1993-cü il təvəllüdlü Nadirov Ehtiram Atamoğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.