Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb – FOTO

Ağcabədidə yol qəzası baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlunun idarə etdiyi “VAZ” markalı minik maşını idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More