Azərbaycan və Tunis XİN rəhbərləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib

8 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirakı çərçivəsində Tunis Respublikasının xarici işlər, immiqrasiya, və xaricdəki tunislilər naziri Məhəmməd Əli Əl-Nafti ilə görüşüb.

APA xəbər verir ki, görüş zamanı, Azərbaycan və Tunis arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Ortaq dini və mədəni köklərlə bağlı olan ölkələrimiz arasında müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti, habelə bu istiqamətdə geniş potensialın mövcud olduğu qeyd edilib.

Bu xüsusda, Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə mexanizminin yaradılmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan ilə Tunis arasında regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More