Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In nüvə sualtı qayığının inşası layihəsinin icrasını yoxlamaq üçün hərbi gəmilərin inşa edildiyi tərsanəyə baş çəkib.
Bu barədə Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumat yayıb.
KXDR ölkəsinin dəniz müdafiə potensialının məhdudiyyət olmadan istənilən zəruri sularda tam təmin edəcəyi barədə xəbərdarlıq edib. O, düşmən qüvvələrin “silah diplomatiyası”nın qarşısını almaq üçün güclü bir maneə olaraq daha çox döyüş gəmisinin inşasının vacibliyini vurğulayıb. Kim Çen In düşmənlərin KXDR-in suverenliyini və maraqlarını ciddi şəkildə təhdid edən dəniz və sualtı hərbi fəaliyyətlərinə ölkəsinin laqeyd və müşahidəçi olaraq qalmayacağını söyləyib.
KXDR lideri Koreya yarımadasında və bölgədə sülhün qorunmasında məsuliyyətli və əsas mövqe tutan KXDR-in dəniz müdafiə potensialının məhdudiyyət qoyulmadan istənilən zəruri sularda tam nümayiş etdiriləcəyini vurğulayıb. O, həmçinin ölkənin hərbi gəmilərini modernləşdirmək, yeni gəmilərin hazırlanması ilə bağlı vəzifələr müəyyən edib.
Qeyd edək ki, Kim Çen In nüvə yanacağı ilə çalışan və idarəolunan strateji raketlər daşıyan sualtı qayığın inşası da daxil olmaqla mürəkkəb silah sistemlərinin inkişafına dar bəyanatı ilk dəfə 2021-ci ildə hakim partiyanın qurultayında səsləndirib. İnkişaf etdiriməli olan digər mürəkkəb silah sistemləri isə hərbi kəşfiyyat peykləri və bərk yanacaqla işləyən qitələrarası ballistik raketlərdir. 2023-cü ilin sentyabrında Şimali Koreya sualtı nüvə zərbəsi endirə bilən ilk taktiki nüvə sualtı qayığını təqdim edib. Kim Çen In ondan sonra nüvə sualtısı da daxil olmaqla yeni sualtı qayıqların inşası planlarını açıqlayıb. (AZƏRTAC)
Comments are closed, but trackbacks and pingbacks are open.