Mərakeş kralı mal-qaranın sayının azalmasına və ətin bahalaşmasına səbəb olan quraqlıq səbəbindən insanları bu ilin sonunda Qurban bayramı zamanı qoyun kəsməkdən çəkinməyə çağırıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, müsəlman dünyasında hər il iki əsas İslam bayramından biri olan və bu ilin iyun ayında keçiriləcək Qurban bayramında milyonlarla qoyun, keçi və digər mal-qara kəsilir.
Lakin Mərakeşdə ardıcıl yeddinci ildir ki, quraqlıq davam edir və bu, 12 ayda mal-qaranın sayının 38 faiz azalmasına səbəb olub. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, yağıntılar son 30 ilin orta göstəricisindən 53 faiz az olub.
Kral bayramın əhəmiyyətini etiraf etməklə yanaşı, xalqını “qurban kəsməkdən çəkinməyə” çağırıb.
VI Məhəmmədin atası II Həsən də 1966-cı ildə ölkə uzun sürən quraqlıq zamanı oxşar çağırış edib.
Mal-qaranın sayının azalması ətin qiymətində artıma səbəb olub. Ayda 290 avro civarında minimum əmək haqqı olan ölkədə ətin bahalaşması yoxsulların üzərinə əlavə yük olub.
Comments are closed, but trackbacks and pingbacks are open.