Nəsimi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilən növbəti tədbir zamanı paytaxt ərazisində idarə etdiyi nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq edən sürücü C.Adıgözəlov saxlanılıb.
DİN-dən Xezerxeber.az-a bildirilib ki, onun barəsində toplanmış material və sübutlar məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə C.Adıgözəlovun sürücülük hüquqları 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.