ABŞ-nin Cənubi Karolina ştatında 15 ildən sonra ilk dəfə məhbusun güllələnmə üsulu ilə edam edilməsi həyata keçirilib.
Lent.az xəbər verir ki, bu barədə cümə günü “Associated Press” məlumat yayıb.
Edam edilən şəxs, 67 yaşlı Bred Siqmon, 2021-ci ildə keçmiş sevgilisini qaçırmağa cəhd etməmişdən əvvəl onun valideynlərini beysbol çubuğu ilə döyərək ölüm cəzasına məhkum edilib.
Siqmon elektrik stulunu və ya öldürücü inyeksiyanı yox məhz bu edam üsulunu özü seçib.
1967-ci ildən bəri ABŞ-də yalnız üç nəfər bu şəkildə edam üsulu tətbiq olunub. Hər üç hadisə Yuta ştatında qeydə alınıb. Onlardan sonuncusu 2010-cu ildə olub.
Comments are closed, but trackbacks and pingbacks are open.