Sumqayıtda dələduzluqda 95 min manat ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin 95000 manatının etibarından sui-istifadə etmək yolu ilə ələ keçirilməsi barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 32 yaşlı şəhər sakini H.Həsənli müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More