Ucarda qəza olub, xəsarət alan var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.
Qarabörk kənd sakini İsrayıl Mikayıl oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə həmkəndlisi, Mürşüd Mirzə oğlu Orucovun idarə etdiyi traktor toqquşub. Nəticədə ağır xəsarətlərlə kişi cinsli bir nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
Comments are closed, but trackbacks and pingbacks are open.