Gəncədə doğuş zamanı iki körpə ölümü qeydə alınıb – YENİLƏNİB

Bu gün saat 06:00 radələrində 1997-ci il təvəllüdlü şəxs Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, hamiləliyinin 36-cı həftəsində olan pasiyentə uşaqlıq boynunda iki çat, ağır dərəcəli preeklampsiya, lll dərəcəli posthemarragik şok, ciftin tam ayrılması və ölü döl diaqnozları təyin edilib.

Ona zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

***

saat 12.13

Gəncədə iki körpə ölümü qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında şəhər sakini 1997-ci il təvəllüdlü A.Orucova Gəncə Bbirləşmiş Xəstəxanasının Perinatal mərkəzinə ölü döl ilə daxil olub.

Həkimlərin səyi nəticəsində ananın həyatını xilas etmək mümkün olub, hazırda ananın vəziyyəti orta ağırdır.

Qeyd edək ki, bu, ananın 4-cü doğuşu olub.

Digər hadisə isə Abbas Səhhət adına Xəstəxananın doğum şöbəsində baş verib, körpəni xilas etmək mümkün olmayıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More