Qəzzada ölənlərin sayı artdı

Qəzza sektorunda dağıntılar altından daha 6 nəfərin meyiti çıxarılıb.

Lent.az-ın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da Qəzzada ölənlərin sayı 48 453 nəfərə çatıb.

Son 48 saatda xəstəxanalara 8 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 860 nəfərə çatıb.

Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More