Bu şəxslərin viza və “grin kart”ları ləğv ediləcək

ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tərəfdarlarının giriş vizalarını və “grin kart”larını ləğv edəcək.

Lent.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio “X” hesabında bildirib.

“Biz ABŞ-dəki HƏMAS tərəfdarlarının vizalarını və yaxud “grin kart”larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər”, – o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-nin Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər vətəndaşları ölkədən çıxaracağını vəd etmişdi.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More