Əhliman Əmiraslanov Qərbi Azərbaycan məsələsində əsl ədalətin bərpa olunacağına əminik – DEYİB

Son dövrlərdə Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan dinləmələr artıq bir ənənəyə çevrilib. Bu proses yalnız Azərbaycanın daxili məsələsi olmaqla kifayətlənməyib, dünya miqyasında da müzakirə edilən mühüm mövzu olub. Bu mənada QHT-lərin rolu xüsusilə önəmlidir, çünki onların fəaliyyəti məsələnin qlobal səviyyədə daha yaxşı başa düşülməsini və müvafiq tədbirlərin görülməsini təmin edir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov martın 10-da parlamentdə keçirilən “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləmədə çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, bu istiqamətdə artıq bir sıra mühüm işlər görülüb. “Qərbi Azərbaycan məsələsi barədə əhalimizdə ətraflı məlumatlar mövcuddur və bu, bizim uğurlu fəaliyyətimizin nəticəsidir. Ancaq qarşıda hələ daha çox iş var. Hazırda deputatlar olaraq bizim əsas vəzifəmiz bütün bu məsələləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Biz o torpaqlara mütləq şəkildə qayıdacağıq. Həmin torpaqların Azərbaycanın əraziləri olduğunu dünyaya bəyan etməliyik. Hər bir qurumun bu istiqamətdə birgə fəaliyyət göstərməsi son dərəcə vacibdir. Çünki yalnız kollektiv şəkildə işləyərək məsələnin əhəmiyyətini bütün dünyaya anlatmaq mümkündür”, – deyə komitə sədri əlavə edib.

Qərbi Azərbaycan məsələsinin xalqımızın haqqı olduğunu vurğulayan Ə.Əmiraslanov bildirib:

“Biz bütün dünya ölkələrinə bu məsələnin ədalətli həlli üçün çağırış edirik. Birlikdə hərəkət edərək bu torpaqlara geri dönəcəyimizə və əsl ədalətin bərpa olunacağına əminik”.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More