Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.
Kənd sakinləri – 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.
Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.
Comments are closed, but trackbacks and pingbacks are open.