Şabranda ana və 9 yaşlı qızı dəm qazından zəhərlənib, azyaşlı ölüb- YENİLƏNİB

Martın 9-da saat 13:00 radələrində Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs (qadın cinsli) və onun 2016-cı il təvəllüdlü övladının (qadın cinsli) dəm qazından zəhərlənməsi şübhəsi ilə bağlı çağırış edilib.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, təcili tibbi yardım briqadası hadisə yerində azyaşlının bioloji ölümünü qeydə alıb. Anaya isə yerində ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan o, Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Cəfər Talıb

***

09.14

Şabranda iki nəfər dəm qazından zəhərlənib.

APA xəbər verir ki, 1991-ci il təvəllüdlü Günay Meylaverdiyeva və qızı 2016-cı il təvəllüdlü Gül Meylaverdi dəm qazından zəhərlənib. Hadisə nəticəsində Gül Meylaverdi ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More