“Trabzonspor”un baş məşqçisi Şenol Günəş istefaya göndərilib

Türkiyənin “Trabzonspor” komandasının baş məşqçisi Şenol Günəş istefaya göndərilib.

APA xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumatda qeyd olunur ki, komandanın uğursuz çıxışlarından sonra dəyişiklik edilməsi zərurəti ortaya çıxıb. Təcrübəli mütəxəssislə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Klubdan artıq yeni baş məşqçi axtarışlarına başlanıldığı da bildirilib.

Qeyd edək ki, Şenol Günəş mövsümün əvvəlində “Trabzonspor”un baş məşqçisi təyin olunmuşdu.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More