Aİ-nin Ermənistandakı Müşahidə Missiyası Qubadlı ilə sərhəddə növbəti dəfə müşahidə aparıb – FOTO – VİDEO

Avropa İttifaqının (Aİ) Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

APA xəbər verir ki, Aİ müşahidəçilər martın 10-da növbəti dəfə Qubadlı rayonu ilə həmsərhəd əraziyə gəlib, binoklla müşahidə aparıblar.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır.

Bu barədə mətbuatda məlumatlargörüntülər yayılır.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı 19 fevral 2027-ci ilədək uzadılıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More