Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya gəlib.
Xezerxeber.az xəbər verir ki, ATƏT Baş katibinin səfəri günü Rusiyanın şəhər və rayonları, o cümlədən Moskva və Moskva vilayəti pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalıb. Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın vilayətləri üzərində Ukraynanın 337 pilotsuz təyyarəsini məhv edib, onlardan 91-i Moskva vilayətinin ərazisində vurulub.
Səfər zamanı ATƏT nümayəndə heyətinə PUA hücumunun nəticələri göstərilib.
Feridun Sinirlioğlu ilə Sergey Lavrovun danışıqları zamanı Avropada təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi məsələlərinin, eləcə də regiondakı mövcud vəziyyətin müzakirə olunacağı gözlənilir.
Comments are closed, but trackbacks and pingbacks are open.