İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 35 yaşlı Kseniya P. adlı qadın Polşa ilə Ukrayna arasındakı dəmir yolu keçidində saxlanılıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, o, 2020-ci ilin noyabrından İnterpol tərəfindən axtarışa verilib.
Qadın 2017-2019-cu illərdə qeyri-qanuni olaraq insanların toxuma və orqanlarını qara bazarda satan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmada iştiraka görə məhkum edilib.
O, həmçinin maddi mənfəət üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailandda 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və onları satmaqda təqsirli bilinib.
İttiham tərəfi onun Qazaxıstana ekstradisiya edilməsi üçün bir həftəlik həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət təqdim edib.
Comments are closed, but trackbacks and pingbacks are open.