İrandan Azərbaycana külli miqdarda narkotiki keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Mart ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə edilmişdir.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 9 kiloqram 69 qram narkotik vasitəni (9 kq 60 qram marixuana; 9 qram tiryək) ölkə ərazisinə keçirməyə cəhd göstərən İran İslam Respublikası vətəndaşları – 1999-cu il təvəllüdlü Cavadi Məmmədreza Məhəmməd və 2001-ci il təvəllüdlü Mirzadeh Milad Cəlal saxlanılmışdır.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More