Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.
Qəza zamanı 77-CD-523 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 75-TA-336 dövlət nömrəli nişanlı “NAZ-Lifan” (taksi) markalı avtomobil toqquşub. Hadisədə taksinin sürücüsü, Naxçıvan şəhər sakini, 1988-ci il təvəllüdlü Cəfərov Sərxan Kamran oğlu vəfat edib. Avtomobildə olan digər sərnişin, Babək rayon Hacıvar kənd sakini, 2004-cü il təvəllüdlü Sübhan Abbas Aftandil oğlu xəsarət alıb.
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.