Ötən ay neçə nəfər tələbə krediti üçün müraciət edib?

2024/2025-ci tədris ilinin yaz semestri üçün Təhsil Tələbə Kreditinə müraciət artıq 17 fevral tarixindən başlanıb.

Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, fevral ayı üzrə təhsil tələbə krediti əldə etmək üçün Fonda məxsus elektron portala 5574 müraciət daxil olub, 3553 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.

Qeyd edək ki, statistikaya əsasən, Fond fəaliyyətə başladığı gündən etibarən bugünədək 50992 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. (trend)

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More