Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə səhər saatlarında Astara şəhəri ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada olan orta yaşlı kişini vurub.
Ağır bədən xəsarətləri alan şəxs hadisə yerində ölüb. Qəzanı törətməkdə şübhəli bilinən şəxs isə hadisə yerindən qaçıb. Onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində işlər aparılır.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin ehtimala görə, qəzaya səbəb dumanlı hava şəraitidir.
Faktla bağlı araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.