Azərbaycanda uşaqların 15%-i nikahdan kənar doğulurmuş…

Uşaqların 15%-i nikahdan kənar doğulur.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Taliyə İbrahimova bildirib ki, bu məsələ bizi düşündürməlidir:

“Son illərdə anemiya ilə doğulan uşaqların sayında 65%, talassemiya ilə doğulanlarda isə 86% artım var. Bu, qohum nikahlarına görə olur. Həqiqətən qohum nikahlarının demoqrafiyada təbii artıma təsiri var. Qohum nikahları ilə bağlı qanuna edilən dəyişikliyin təsirini gələcəkdə görəcəyik”.

 

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More