​​​​​​​Bərdədə avtomobil ağaca çırpılıb – FOTO – YENİLƏNİB

Bərdə şəhərində “Chevrolet” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17.30

Bərdədə minik maşını idarəetməni itirərək ağaca çırpılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb.

Qəzadan sonra “Chevrolet” markalı maşında alışma olub. Əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğın riskinin qarşısı alınıb.

Xəsarət alan sürücü Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More