Bu il narkotikə görə 545 nəfər saxlanılıb, 17 nəfəri əcnəbidir

Bu ilin yanvar-favral ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 545 nəfər cəlb edilib.

APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Onlardan 17-18 yaşadək -1 nəfər, 18-25 yaşadək 32 nəfər, 26 – 29 yaşadək 91 nəfər, 30 yaş və ondan yuxarı isə 421 nəfər təşkil edir.

Həmin şəxslərdən 523-ü kişi, 22-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 17 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşından 8-i İran İslam Respublikası, 3-ü Rusiya, 4-ü Gürcüstan, 1-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 202kq 081,647 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 38 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 429 kq 905,233 qr və 2074 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 155 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 39 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 455 kq 780,203 maddə müsadirə edilmişdir.

205 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 406 kq 734,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 459, qanunsuz satış ilə bağlı faktların sayı 119, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 342, qrup halında olan cinayətlərin sayı1 fakt, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 5 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 387 nəfər azalıb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More